MİDA Hövsan yaşayış kompleksi

Kateqoriya Layihələr
Yayımlanma tarixi 21 Noyabr 2024
Oxuma vaxtı 1.2 Dəqiqə

Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunan Hövsan Yaşayış Kompleksi Bakının, Xəzər dənizinin sahilindən 2 kilometr yaxınlığında, yaşayış və istirahət üçün rahat bir məkanda yerləşir. Kompleksin 20 hektar ərazisinin daxilində şam və zeytun abağlarından ibarət yaşıllıq massivi mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır.

Kompleksdə mənzillərlə yanaşı hər biri 90 yerlik 2 uşaq bağçası, 1920 şagird yerlik ümumtəhsil məktəbi və tibb mərkəzi inşa edilib. Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Qeyd olunan yaşayış və təhsil binalarının daxili süpürgəlikləri Palid MMC şirkəti tərəfindən təqdim olunub və quraşdırılıb.

Süpürgəliklərin texniki və dizayn tələblərini nəzərə alaraq, Palıd yüksək keyfiyyətli və yeni texnologiyalar ilə hazırlanmış məhsulları məhs layihədə istifadə olunması üçün idxal etmişdir.

Digər layihələr

Hamsına bax