Palıd şirkəti haqqında

Ev yalnız sahiblərinin əksidir

Aşağı çevirin

Evin əsl qala olması üçün divarları dayanıqlı, havası təmiz, sakinləri xöşbəxt olmalıdır.

Haqqımızda

“Palıd 2015” MMC

Əsası 2015-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “Palıd 2015” MMC müxtəlif növ tikinti materialları və aksessuarlarının itxalı ilə məşğul olan yerli şirkətdir. Bir çox dünyaca məşhur olan və tikinti sayəsində öz sözünü deyən brendlərinin Azərbaycan üzrə rəsmi nümayəndəliyini əldə edən “Palıd” zamanla bu tərəfdaşlarının siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.

“Palıd” bütün ölkə ərazisində təmsil olunur. Hal-hazırda şirkətin təklif etdiyi məhsul və xidmətlər vasitəsilə bütün ölkə miqyasında böyük tikinti və yenidənqurma işləri aparılır. Həmçinin Qrabağın yenidənqurma işlərində “Palıd”-ın böyük rolu və zəhməti var.

Hal-hazırda “Palıd”-ın təklif etdiyi xidmətlər vasitəsilə dünya miqyasında tanınmış və keyfiyyəti ilə xüsusi rəğbət qazanmış Egger, LinePlast, NS doors, Albero, QUA Granite , YıldızEntegre və s. məhsullarını əldə etmək artıq daha asan, rahat və sərfəlidir.

Topdan və pərakəndə satış nöqtələrinin bütün ölkə üzrə xidmət göstərməsi şirkətin sıravi vətəndaşlara və sahibkarlara verdiyi dəyər və rahatlığını rəmzidir.

Aşağı qiymət, şəffav rəqabət, rahat ödəmə üsulları, geniş məhsul seçimi təşkilatın əsas prioritetləridir. Azərbaycanın istənilən bölgəsində xidmət göstərən əməkdaşlarımız müştərilərə məhsul seçmində yardım göstərməyə hazırdır.

Missiyamız

Evin əsl qala olması üçün divarları dayanıqlı, havası təmiz, sakinləri xöbəxt olmalıdır. 

İstədiyiniz qədər dünyanı gəzə bilərsiniz, amma əsas odur ki, daha sonra gördüyünüz şeyləri xatırlamaq imkanınız olacaq yerə gedəsiniz. Ev ...

Tarix və zaman insanın nə dərəcədə evə bağlı olmasını və evin insan üçün mühüm qala olmasını dəfələrlə göstərdi. Doğma və yaxınlarının əhatəsində özünü qorunmuş və güclü hiss etmək hər insanın hüququdur.

Evin əsl qala olması üçün divarları dayanıqlı, havası təmiz, sakinləri xöbəxt olmalıdır. Palıd ailəsi olaraq, insanların keyfiyyətli yaşam tərzini və dunya standartlarında komfort və rahatlığını təmin etməsini özümüzə prioritet seçmişik.

Dünyaya açılan imkanların xalqımıza daha yaxın olmasını estetik görünüşün, keyfiyyətin və dayanıqlığın vəhtətini təqdim etdiyimiz məhsul və xidmətlərlə təmin edirik.

Palıd fəlsəfəsi

Ev yalnız sahiblərinin əksidir

Tamamilə tanımadığı bir evdə dərhal özünüzü rahat hiss etməyə başlamağınız nadir hallarda baş verir. Ev yalnız sahiblərinin əksidir. Ev sahiblərinin rahatlığı və xoşbəxtliyi hökm sürmürsə, heç bir söz və təbəssüm evin doğmalığını hiss etməyə kömək etməyəcək.

Ev yüksək maddi dəyərində olan əşyalar deyil... Rahat kiçik əşyalar, uşaqların səsləri, evdə hazırlanmış yeməklərin qoxusu, yerə səpələnmiş oyuncaqlar, kitab rəfləri və gülüş səsləridir!

Palıd ailəsi olaraq hər bir evin rahatlığında və o rahatlığını gətirdiyi xoşbəxtlikdə bir payımızın olmasına can atırıq. İnsanların sobadan çıxan təzə çörək qoxusuna sevindiklərini, nahar üçün evə tələsdiklərini, qayğanaq qızartdıqlarını və ya birlikdə düşbərəbükdüklərini görəndə, dünyanın sadə xoşbəxtlik üzərində qurulduğuna əmin oluruq. Bu xoşbəxt anların Palıd məhsullarının ahətəsində keçməsi komandamıza gürur verir.

Komanda

Bəşəriyyətin uzun tarixi göstərdi ki, əməkdaşlıq və improvizasiya etməyi öyrənənlər daha effektiv şəkildə qalib gəlirlər. Çətin yollarda çiyin-çiyinə vuruşan eyni məqsədə gedən , lakin fərqli istedadları olan insanların birgə əziyyətinə  - komanda işi deyilir.

Uğurlu komanda işi bir – birinin səhvlərini qəbul etmək və o səhvlərin üzərində birlikdə işləmək deməkdir. İstənilən çətinliyi daima birlikdə aşmaq daha asan və faydalı olur.

Məhsullara keç Xidmətlərimiz