Binə qəsəbəsində Tədris və Xidmət Kompleksi

Kateqoriya Layihələr
Yayımlanma tarixi 26 Oktyabr 2024
Oxuma vaxtı 1.5 Dəqiqə

Daim gənclərin və uşaqların təhsil şəraitini diqqət mərkəzində saxlayan Dövlətimiz və Heydər Əliyev fondu tərəfindən daha bir təlim tədris kompleksinin açılışı oldu.


Bakı şəhəri Binə qəsəbəsində yaşayan sakinlərin həyat və təhsil şəraitinin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev fondunun təşəbbüsü ilə müasir standartlara cavab verən yeni təlim – tədris və xidmət kompleksinin açılışı oldu. Yanvar ayının 27-si açılışda iştirak edən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təmin olunmuş, yaradılmış şəraitlə yaxından tanış oldular.

Kompleks ərazisində orta məktəb, körpələr evi, usaq bağçası, stadion, asudə vaxt keçirmək üçün yaşıllıq məkanlarını birləşdirir.
Kompleksdə yeni tikilmiş və bütün tələblərə cavab verən və lazım olan vəsaitlərlə təmin edilmiş 1400 şagirdlik məktəb, 192 yerlik körpələr evi, uşaq bağçası inşa edilib.


Qeyd olunan tədris kompleksində daxili qapılar, taxta məhsulları PALID MMC şirkəti tərəfindən təqdim olunub və quraşdırılıb. Uşaqların, təhsil alan məktəblilərin, məktəbə qədər körpələrin ekoloji sağlamlığını xüsusi diqqət mərkəzində saxlayaraq dizayn və ekoloji tələbləri nəzərə alaraq, Palıd MMC bütün standartlara və texnologiyalara cavab verən məhsulları xüsusi olaraq idxal etmiş və təqdim etmişdir.

 

 

Digər layihələr

Hamsına bax