Ağdam Muğam Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2018-ci ildə inşa olunub və həmin il Noyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Muğam Mərkəzinin açılışında iştirak ediblər.
Mərkəzin inşasına 2016-cı ilin oktyabrında başlanılıb. İnşaat və dizayın işləri 2 ilə yaxın zaman tələb edib.
Muğam Mərkəzinin ərazisi 7782 kv, tikinti altı sahəsi isə 1800 kv-dır. İkimərtəbəli binada 328 yerlik konsert zalı, qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur.
Ağdam Muğam Mərkəzinin yerləşdiyi ərazi abadlaşdırılıb, 0,6 hektar sahədə istirahət parkı yaradılıb, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, işıqlandırma sistemi quraşdırılıb.
Mərkəzin inşaatında Palıd MMC şirkəti də rol oynayıb, belə ki mərkəzin interyer və eksteryelərində istifadə olunan MDF işləri Palıd MMC şirkətinə həvalə olunmuşdır.