Dəstək

Məxfilik siyasəti

Bu bölmədə saytda istifadə olunan və tərəfimizdən toplana biləcək şəxsi məlumatlarınız və onlardan istifadə olunmasına dair ətraflı məlumat əldə edəcəksiniz.

İlk olaraq qeyd edək ki, bir fərdin şəxsi məlumatları dedikdə onun ad, soyad, telefon nömrəsi, elektron poçt ünvanı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s. bu kimi fərqləndirici məlumatlar nəzərdə tutulur.

Bəs topladığımız şəxsi məlumatlarınızın hansı məqsədlər və necə istifadə edildiyinə aydınlıq gətirək. Beləliklə:

  • saytımızda sifariş verərək daxil etdiyiniz bütün şəxsi məlumatlarınız “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq üçüncü tərəf və qurumlara ötürülmür;
  • saytımızda qeyd etdiyiniz şəxsi məlumatlarınız tərəfimizdən yalnızca sizə xidmət səviyyəsinin yaxşılaşdırılması, sizləri əhəmiyyətli yenilik və dəyişikliklər barədə xəbərdar etmək üçün istifadə oluna bilər;
  • həmçinin öz razılığınız əsasında qeyd etdiyiniz elektron poçt ünvanı vasitəsilə sizə saytımızın və çirkətimizin fəaliyyəti, elanlar, xüsusi tədbirlər, kampaniyalar və s. bu kimi sizləri maraqlandıra biləcək məlumatların göndərilməsi üçün istifadə olunur;
  • fəaliyyətimizlə bağlı istənilən sualın cavablandırılması üçün.